“Kinder”dən 150 nəfər Salmoneloza yoluxdu
12 aprel 2022 22:40 (UTC +04:00)

“Kinder”dən 150 nəfər Salmoneloza yoluxdu

Avropanın 9 ölkəsində “Kinder” şokoladından 150 nəfər Salmoneloza yoluxub.

Lent.az-ın xəbərinə görə, bu barədə Avropa Qida Təhlükəsizliyi Qurumu və Avropa Xəstəliklərə Nəzarət Mərkəzinin birgə bəyanatında deyilir. 

Qeyd olunur ki, Salmonella bakteriyalarına (Salmonella Typhimurium) 150 yoluxma faktı aşkar olunub. Yoluxma mənbəyinin Belçikadakı şokolad istehsalı zavodu olması müəyyən edilib. 

Məlumatda göstərilir ki, yoluxmaya əsasən yaşı indan az olan uşaqlar məruz qalıb. Onlarda qusma və ürəkbulanma kimi simptomlar aşkar edilib. Ölüm faktı müəyyən edilməyib. Yoluxmanın əsas mənbəyinin tapılması üçün araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689
avatar

Oxşar yazılar