Seneqal XİN
06 avqust 2022 23:47 (UTC +04:00)

Seneqal XİN

Kanada polisi diplomat qadına qarşı zor tətbiqində ittiham edilir

Seneqal XİN Kanada polisini Ottavada fəaliyyətdə olan diplomat qadına qarşı zor tətbiqində ittiham edib.

Lent.az-ın xəbərinə görə, Seneqal XİN bildirib ki, toxunulmazlığına rəğmən Kanada polisi diplomatın evinə soxularaq onu qandallayıb və güc tətbiq edib. Diplomat qadının halı pisləşdiyi üçün təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Kanada polisi isə yaydığlı açıqlamada göstərib ki, məhkəmə icraçıları qadının diplomatik statusu barədə məlumatlı olub. Lakin qadın onlara qarşı aqressiv davranıb və polislə əməkdaşlıqdan imtina edib. Polis əməkdaşları onu sakitləşdirmək üçün müdaxilə edib. Diplomat polis qadına sillə vurduğu üçün onun həbsinə qərar verilib.

Məsələ ilə bağlı Kanadanın Seneqaldakı səfiri XİN-ə çağırılaraq diplomata qarşı edilən hərəkət pislənilib. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar