Çeçenistan rəhbərinin böyük oğlu, respublikanın bədən tərbiyəsi və idman naziri, “Axmat” futbol klubunun prezidenti Axmat Kadırov “Qroznı şəhərinin fəxri vətəndaşı” adını alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə regional milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.
“Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri, “Axmat” Futbol Klubunun prezidenti Axmat Ramzanoviç Kadırovu idmanın inkişafındakı mühüm xidmətlərinə görə “Qroznı şəhərinin fəxri vətəndaşı” adına layiq görülməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!” – deyə Dudayev yazıb.
Dudayev 19 yaşlı nazirin fəaliyyətinin həm Çeçenistana, həm də bütün ölkəyə əhəmiyyətli fayda gətirəcəyinə əmin olduğunu bildirib.