Kadırovun 15 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi
05 noyabr 2023 13:53 (UTC +04:00)

Kadırovun 15 yaşlı oğlu yüksək vəzifəyə təyin edildi

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Adam Kadırov yüksək vəzifəyə təyin olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə Çeçenistan milli siyasət, xarici əlaqələr, nəşriyyat və informasiya naziri Əhməd Dudayev “Telegram”-da paylaşım edib.

Adam Kadırov Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Adam Kadırov 2007-ci il noyabrın 24-də anadan olub.

Xatırladaq ki, Adam Kadırov bu ilin sentyabrında Çeçenistanda təcridxanada Quranı yandırmasına görə saxlanılan tələbə Nikita Juravelyanı döyməsi ilə diqqət mərkəzinə gəlib. Çeçenistan Daxili İşlər Nazirliyi 16 yaşı olmadığı üçün Adam Kadırovun məsuliyyətə cəlb edilə bilməyəcəyi barədə açıqlama yayıb. Oktyabrda Adam Kadırov Çeçenistan Qəhrəmanı adını alıb. Oktyabrın sonunda isə Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13884

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38