Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın komandirləri ilə Yeni il öncəsi görüşündə şok bəyanatlar verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kadırov təhlükəsizlik qüvvələrini məkandan asılı olmayaraq, ona qarşı çıxanları məhv etməyə çağırıb. O, həmçinin özünün Telegram kanalında “yad ideologiyaya qarşı mübarizə” məsələsinə də diqqət çəkib. O, “yad ideologiyaya qarşı mübarizə” dedikdə xaricdən idarə olunan və sosial şəbəkələr vasitəsilə gənc nəslə təsir edən icmaları nəzərdə tutub.
“Bizim baxışımızla razılaşmayan hər kəs respublikanı tərk etsin”, - Kadırov deyib.
O vurğulayıb ki, Çeçenistan regionda hər hansı aksiyanın təşkilinə çağıranları bağışlamayacaq. Kadırov bildirib ki, terrorçuların ekstradisiyası üçün sorğu göndərməyə hazırdır və bu baş verməsə, mümkün yollarla onlardan qurtulmağa səsləyib.
Videoda Kadırov qətli törədənlərin qohumlarını qətlə yetirməyə çağırır. Çeçenistan lideri onu da vurğulayıb ki, çeçenlərdə həmişə cinayəti törədənlərin qohumlarından qisas almaq ənənəsi olub.