Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə İtaliyanın baş naziri Corc Meloni arasında görüş keçirilib.
Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, Zelenski ilə birgə keçirdiyi brifinqdə İtaliya hökumətinin başçısı üç növ hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verildiyini açıqlayıb.
“Biz texnologiyamızı tez bir zamanda bir araya gətirmək üçün Fransa ilə birlikdə bunun üzərində çox işləyirik. SAMP-T zenit-raket sistemləri çox vacibdir, lakin yeni yardım paketində digər hava hücumundan müdafiə sistemləri, xüsusən də “Skyguard” və “Spike” yer alır” – Meloni bildirib.