İstanbulda terror törədənlərə  3 min il   həbs istəndi
06 mart 2023 18:20 (UTC +04:00)

İstanbulda terror törədənlərə 3 min il həbs istəndi

0

Türkiyənin Baş Prokurorluğu İstanbulun İstiqlal küçəsində törədilən terror aktına görə məhkəmədən 3 min il həbs istəyib, 

Lent.az bildirir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi xəbər verir.

İstanbulun İstiqlal küçəsində törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları şübhəli Suriya vətəndaşı Əhlam Əlbəşiri saxlayıb. 

Ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri partlayışın arxasında Türkiyədə tanınan terrorçu Kürdüstan Fəhlə Partiyasının tərəfdarlarının olduğunu vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2441

Oxşar yazılar