İsraildə ər-arvad Adar və İtay Berdiçevski evlərinə girən 7 HƏMAS döyüşçüsünü öldürüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı cütlük İsrail ordusunda zabit kimi xidmət etdiklərindən evdə silahları olub.
Məlumata görə, silahlı şəxslər evlərinə yaxınlaşarkən cütlük 10 aylıq əkizlərini xilas etmək üçün onları zirzəmidə gizlədiblər. Onlar terrorçulardan yeddisini güllələyib öldürsələr də, hər ikisi sonradan digər dəstə üzvləri tərəfindən qətlə yetirilib.
Hücumdan 14 saat sonra ailənin qohumları əkiz körpələri sağ-salamat tapıblar.