HAMAS-la yaşanan gərginlikdən sonra İsraildə 1200 şəxs ölüb.
Lent.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HAMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.
Bundan əvvəl Amerika lideri Co Bayden bildirib ki, gərginlik başlayandan bəri İsraildə ən azı 14 ABŞ vətəndaşı ölüb.
HAMAS-ın İsrailə hücumu zamanı bir Avstraliya vətəndaşı da həlak olub.