İsrail polisi Qüdsdə Türkiyənin “Anadolu” xəbər agentliyinin fotomüxbiri Mustafa Harufu döyüb.
Lent.az-ın məlumatına görə, bu barədə “Anadolu” xəbər verir.
Hadisə Şərqi Qüdsdə baş verib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Harufun yanında olan operator Faiz Əbu Rumail də hücuma məruz qalıb.
Almaniyanın Təl-Əvivdəki səfiri Steffen Seibert polisin davranışını dəhşətli və çox narahatedici adlandırıb. “İsrail polisi öz vətəndaşlarının təhlükəsizliyinə belə xidmət edirmi?”, diplomat hadisəni şərh edib.