İsrail ordusu HƏMAS-ın  iqtisadiyyat nazirini   öldürdü -  YENİLƏNİB
10 oktyabr 2023 18:00 (UTC +04:00)

İsrail ordusu HƏMAS-ın iqtisadiyyat nazirini öldürdü - YENİLƏNİB

İsrail ordusu HƏMAS-ın siyasi bürosunun yüksək rütbəli üzvü Zəkəriyyə Əbu Maamranı öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ordunun mətbuat xidməti özünün rəsmi Telegram kanalında məlumat yayıb.

Maamra təşkilatın daxili əlaqələr idarəsinin rəisi olub.

***

17:19

İsrail Müdafiə Qüvvələri HƏMAS terror hərəkatının iqtisadiyyat naziri Cavad Əbu Şamalı məhv edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında məlumat verilib.

İsrail ordusunun açıqlamasında qeyd olunub ki, Əbu Şamala öz vəzifələrinin bir hissəsi olaraq HƏMAS-ın maliyyəsini idarə edib və Qəzza zolağının daxilində və xaricində terrorizmi maliyyələşdirmək və istiqamətləndirmək üçün vəsait ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3813
avatar

Oxşar yazılar