İranda meymunçiçəyinə İLK YOLUXMA  qeydə alındı
16 avqust 2022 19:24 (UTC +04:00)

İranda meymunçiçəyinə İLK YOLUXMA qeydə alındı

İranda ilk meymun çiçəyinə yoluxma faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, İranın Səhiyyə Nazirliyi ölkədə ilk dəfə qadında meymun çiçəyinə yoluxma faktının aşkar edildiyini açıqlayıb.

Nazirlik meymun çiçəyi xəstəliyinin çox ölümcül olmadığını və xəstəliyin qadında dəri zədələrinin müşaiyət olunması yolu ilə müəyyən edildiyini açıqlayıb.

Məlumata görə, Əhvaz şəhərində yaşayan 34 yaşlı qadın dərhal karantinə alınıb. Son analizlər təsdiqləndikdən sonra o, ev şəraitində müalicə olunacaq.

# 927
avatar

Oxşar yazılar