İranda İsrailə casusluqda ittiham olunanlar həbs edildi  
21 aprel 2022 02:15 (UTC +04:00)

İranda İsrailə casusluqda ittiham olunanlar həbs edildi  

İranda İsrailə casusluqda ittiham olunan 3 nəfər həbs edilib. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi (Etellaat Nazirliyi) məlumat yayıb. 
Məlumatda bildirilir ki, həbs olunan şəxslər toplanmış məlumatları İsrail kəşfiyyatı Mossada ötürməkdə ittiham olunurlar. Məhkəmə  həmin şəxslər barədə həbs qərarı çıxarıb.

Həbs olunan şəxslərin kimliyi və hansı ölkənin vətəndaşı olması haqqında məlumat verilmir. 

İRNA dövlət agentliyi həbs olunan şəxslərin İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində həbs olunduğunu bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071
avatar

Oxşar yazılar