İranda qadın hüquqlarının müdafiəsi ilə bağlı keçirilən etiraz aksiyaları nəticəsində azı 326 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə CNN İran insan haqları təşkilatlarının Norveç qrupunun (IHRNGO) məlumatlarına istinadən xəbər verir.
Hüquq müdafiəçiləri verilən məlumatın “mütləq minimum” olduğunu iddia edirlər.
Onların sözlərinə görə, ölən 326 nəfərdən 43-ü uşaq, 25-i qadındır. Telekanal qeyd edir ki, bu rəqəmləri müstəqil şəkildə yoxlaya bilməyib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan daha əvvəl BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb və bu söhbət zamanı digər məsələlərlə yanaşı, İslam Respublikasındakı iğtişaşlar da müzakirə olunub. Qeyd edildiyi kimi, dialoq zamanı nazir İranın etirazlarını bir sıra Qərb dövlətləri tərəfindən dəstəkləndiyini qeyd edib.