Molla rejimi daha bir güneyli gəncə edam hökmü çıxarıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən bildirir ki, əslən Təbrizin Bostan Abad, Atbatan kəndindən olan Milad Əşrəfi son etirazlarda həbs edilib. O, İsraillə əməkdaşlıqda ittiham olunur.
Edam hökmünün tezliklə icra olunacağı bildirilir.
Qeyd edək ki, bu, İranda son günlər azərbaycanlılar barəsində çıxarılan 3-cü ölüm hökmüdür. Molla rejimi bununla Güney Azərbaycanda alovlanan milli azadlıq hərəkatını boğmaq istəyir.
Milad Əşrəfi