İran Rusiyanın Ukraynadakı  "yeni ərazilərini" tanımır   – RƏSMİ
19 yanvar 2023 19:46 (UTC +04:00)

İran Rusiyanın Ukraynadakı "yeni ərazilərini" tanımır – RƏSMİ

İran Ukraynanın müvəqqəti işğal olunmuş regionlarının - Krım, Donetsk və Luqansk vilayətlərinin Rusiyaya "qatılmasını" tanımır.

Lent.az bildirir ki, Türkiyənin TRT World agentliyinin məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

"Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyırıq, buna görə də Tehran və Moskva arasında əla münasibətlərə baxmayaraq, biz Krımın... Luqansk və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını tanımırıq...", - İran rəsmisi bildirib.

Onun sözlərinə görə, Tehran “xarici siyasətdə ardıcıl prinsip” olduğunu bəyan edir.

“Ukraynadakı münaqişənin həll yolu olmadığını deyəndə, etibar etdiyimiz əsas siyasi prinsip kimi öz mövqeyimizə inanırıq”, - nazur deyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar