İran məhkəməsindən  azərbaycanlı qadın fəala  ağır cəza  
30 may 2023 12:31 (UTC +04:00)

İran məhkəməsindən azərbaycanlı qadın fəala ağır cəza  

Tehran məhkəməsi azərbaycanlı qadın fəala ağır cəza verib. 

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu haqda İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsindən olan və Tehranda yaşayan müəllimə, ictimai fəal və keçmiş siyasi məhbus Zeynəb Həmrəng yenidən həbs cəzasına məhkum edilib. 

Məlumatda xanım Həmrəngin Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

Xanım Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən tutulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar