İran ən son raket əleyhinə sistemləri sınaqdan keçirdi
01 mart 2023 06:45 (UTC +04:00)

İran ən son raket əleyhinə sistemləri sınaqdan keçirdi

0

İran İslam Respublikası ordusu çərşənbə axşamı təlimlər keçirib.
Lent.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Bu təlimlərdə ən son “Khordad 15”, “Khordad 3”, “Məcid” və “Dezfoul” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.
Təlim zamanı İran hərbçiləri qısamənzilli Məcid və Dezful raket sistemlərinin imkanlarını qiymətləndirmək üçün qanadlı raketlər və idarə olunan pilotsuz uçuş aparatları ilə simulyasiya edilmiş hücum həyata keçirib.

Bundan əlavə, eyni vaxtda 6-ya qədər hədəfi izləyə bilən “Khordad-15” və “Khordad-3” orta mənzilli hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1606

Oxşar yazılar