İran Avropaya sanksiya tətbiq etdi
22 fevral 2023 00:16 (UTC +04:00)

İran Avropaya sanksiya tətbiq etdi

İran Aİ və Böyük Britaniyadan olan fiziki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.

Lent.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu sanksiyalar Avropa İttifaqının və Böyük Britaniyanın tətbiq etdiyi son sanksiyalara cavab olaraq qəbul edilib.

Xarici İşlər Nazirliyinin bəyanatına görə, sanksiyalara viza qadağası və sanksiya tətbiq olunan şəxslərin İran ərazisinə daxil olmalarının mümkünsüzlüyü, ölkənin maliyyə və bank sistemindəki bank hesablarının bloklanması, İranın yurisdiksiyasında olan ərazidəki əmlak və aktivlərinin müsadirə edilməsi daxildir.

Yeni sanksiya siyahısında Aİ-dən 13 qurum, 15 fiziki şəxs və Böyük Britaniyadan 8 şəxsin adı var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar