İranda etiraz davam edir. Ölkənin Zahidan, Xaş, Sərəvan, Raskda, Tehran, Ekbatan, Lahican, Kərəc, Əlburz, Rəşt, Gilan və digər şəhərlərdə küçələrə çıxan narazı xalq “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “bəsiciyə ölüm!”, “Xameneyiyə ölüm!” və digər şüarlar səsləndirirlər.
Konkret regionlarda isə vəziyyət belədir:
Tehranın Kərəc şəhərində azərbaycanlı gənc şairə Hədis Nəcəfinin 40 mərasimi ilə əlaqəli izdihamlı aksiya keçirilməyə başlayıb. İnsanların iştirakına mane olmaq istəyən hökumət qüvvələrinin zorakılığı qarşıdurma ilə nəticələnib;
rejimdən narazı gənclər hökumət mollasının libasını yandırdılar.
17 yaşlı Nima Nuri iki güllə ilə öldürülüb.
Fars əyalətində aralarında yaylıqlarını açaraq əllərində tutan qadınların da olduğu etirazçıların hökumətə qarşı aksiyası keçirib. Etirazçılar İranın dini rəhbərini nəzərdə tutaraq şüar səsləndirib: “İllər boyu cinayət, ölüm olsun bu rəhbərə”.
Qərbi Azərbaycan əyaləti
Təbriz İncəsənət Universitetində öyrəncilər Xameneyinin adını tualetdəki unitazlara yazıblar.
Əli Radməneş və Əsgər Fuladzadə adlı Güney azərbaycanlı fəallar təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Ərdəbil şəhərinin "Miqat" orta məktəbinin müdiri şagirdlərə qarşı zorakılıq edib. Buna səbəb bəzi şagirdlərin səhər mərasimi zamanı məktəblərdə hökumət lehinə səsləndirilən şüarlardan fərqli və hakimiyyət əleyhinə şüar səsləndirməsi olub.
Urmiya şəhərində Sayınqala (Şahindej) şəhərindən olan 23 yaşlı Nəsim Sidqi oktyabrın 31-də aldığı güllə yarası nəticəsində həyatını itirib.
Sistan və Bəlucistan əyalətində:
Etiraz aksiyasının iştirakçıları Bəlucistandakı tranzit yolunu bağlayıblar. Sistan-Bəluçistan əyalətinin "Molayi Müttəqiyan" məscidinin imamı Höccətülislam Səccad Şəhrəki silahlı hücuma məruz qalıb. Bu barədə vilayətin polis idarəsinin rəisi Əhməd Tahiri bildirib. Yerli mətbuata verdiyi məlumata görə, imam məscidin qarşısında güllələnərək qətlə yetirilib. Xxalq etirazları zamanı Bəsiciyə ölüm, Xameneyiyə ölüm!” şüarları səsləndirilib.
Əhli-sünnə imamı Mövləvi Əbdül Həmid cümə namazı xütbələrində “xalqın istəyi ilə siyasəti dəyişdirmək” məqsədilə beynəlxalq müşahidəçilərin iştirakı ilə təcili referendum keçirilməsinə çağırış edib. Anti-hökumət aksiyasında etirazçılar polis maşınını yandırıblar.
Etirazçılar xalqa divan tutan radikal və yarımhərbi "Bəsic" qüvvələrinin qərargahını daşlayıblar. icra hakimiyyətinin binasının üzərindən əhaliyə birbaşa atəş açılıb.
Xaşda şəhərində (Sistan və Bəlucistan əyalətində) valiliyin qarşısında 3 etirazçının güllələnib.
Rəşt şəhərində xalq hökumət qüvvələrinə qarşı qızğın mübarizə apararaq onları meydandan qovub.
Ramin Fatehi 13 oktyabr 2022-ci ildə bacısı Rada Fatehi və qardaşı Varia Fatehi ilə birlikdə həbs edildi. Oktyabr ayının 21-də İslam Respublikasının təhlükəsizlik agentləri onun işgəncə altında öldürüldüyü barədə ailəsinə məlumat verirlər. Rada və Voriya Fatehidən hələ də xəbər yoxdur. 18 yaşlı yeniyetmə Momen Zəndkarimi bu şəhərdə keçirilən etiraz aksiyaları zamanı hökumət repressiv qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülüb.
Qəzvində hökumət əleyhinə etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən güllələnən 36 yaşlı azərbaycanlı Cavad Heydərinin 40 mərasimində “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!” şüarı səsləndiriblər.
Şahinşəhrdə Məhəmməd Həsən Türkmanın 40-cı mərasimində nümayişçilər “Bu ləçəklənən gül vətənə bir hədiyyədir” şüarı səsləbdirilib.
Əlvənd şəhərində rejimdən narazı əhali etirazlar zamanı Qasım Süleymaninin şəkli olan baneri yandırıb.
Molla rejiminə qəzəbli etirazçılar Xameneyinin şəkli olan banerə qumbara ataraq yandırıblar. İranın təhlükəsizlik qüvvələri Fuladşəhr bölgəsində bir qadını başından güllələyib. Bənə şəhərində Müttəlib Səid Peyrov noyabr keçirilən etiraz aksiyaları zamanı İslam Respublikasının repressiv qüvvələrinin birbaşa atəşi ilə öldürülüb.
35 yaşlı 7 yaşlı uşaq anası Şirin Əlizadə İsfahanda etiraz aksiyalarının videosunu çəkərkən İslam Respublikası tərəfindən güllələnib! Bu gün onun ayrılmasından 40 gün keçir. Onun qatilləri yenidən insanlara hücum edib gülləbaran edib və onun adına mərasim keçirilməsinə imkan verməyiblər.
İran İnsan Haqları Təşkilatı noyabrın 3-ə yaydığı məlumatda 17 sentyabrdan 4 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 300 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib. Bununla yanaşı məlumatda 14.167 nəfərin saxlanıldığı, bunlardan 385 nəfərinin öyrənci olduğu və onlardan 1.753-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.
Etirazlar başlayandan İranın 132 şəhərdə etirazçılar idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 134 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.