ABŞ-ın Florida ştatında yaşayan 52 yaşlı qadın insan sümüklərinin qanunsuz satışı ilə məşğul olmaqda ittiham olunaraq həbs edilib.
Lent.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, qadın internet üzərindən müxtəlif insan sümüyü parçalarını satışa çıxarıb.
O, iki kəllə sümüyü fraqmentini 90 dollara, qabırğa və onurğa sümüyünü isə 35 dollara, kəllə sümüyünü isə 600 dollara təklif edib.
Ekspertlərin rəyinə əsasən, bu sümüklər arxeoloji tapıntılardır.
Onlardan bəzilərinin 100 ildən, digərlərinin isə 500 ildən artıq yaşı olduğu bildirilir.