Moskva məktəblərindən birində müəllimə pornoqrafik video ilə bağlı cinayət işi açılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, 2020-2021-ci illərdə “Moskvada ilin müəllimi” müsabiqəsinin qalibi olan 39 yaşlı müəllim yeniyetmə qızla intim münasibətə girib. Bu hadisələr isə videoya çəkilib.
Müstəntiqlərin fikrincə, cinayətlər həm məktəblinin evində, həm də məktəbin bir neçə sinfində törədilib. İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs 2019-cu ildə başqa bir qızla daoxşar hərəkətlər edib. Həmin epizod ayrıca icraata ayrılıb.
Həmçinin bildirilir ki, 39 yaşlı müəllim bir neçə dəfə “Rusiya Federasiyası və MDB-nin ən yaxşı 50 müəllimi” sırasına daxil edilib.