Rusiyanın Yakutiya bölgəsində fərdi evdə yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Hadiəsə 4 nəfər həlak olub.
Yanğın Pionerskaya küçəsində yerləşən ikimərtəbəli evdə baş verib.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan iki mənzil yanıb.
Yanğının söndürülməsinə 71 nəfər və 17 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 56 nəfəri və 13 texnikası cəlb olunub.
Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, yanğının başvermə səbəbi müəyyənləşdirilir.