II Yelizaveta
12 iyun 2022 16:05 (UTC +04:00)

II Yelizaveta

II Yelizaveta ikinci oldu – İLK ÜÇLÜK

0

Böyük Britaniya kraliçası II Yelizaveta tarixdə ən uzun müddət padşahlıq edən monarxlar siyahısında ikinci yeri tutub.

Lent.az xəbər ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

Kraliça II Yelizaveta 1946-2016-cı illər arasında 70 il 126 gün taxtda olmuş Tayland kralı Bhumibol Adulyadeji keçib.

Reytinqdə birinci yeri 1643-1715-ci illərdə 72 il 110 gün hakimiyyətdə olmuş Fransa kralı XIV Lüdovik tutur.

2015-ci ildə II Yelizaveta 1837-1901-ci illərdə taxtda olan ulu nənəsi Kraliça Viktoriyanın rekordunu qıraraq Britaniya tarixində ən uzun müddət padşahlıq edən monarx olub.

II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümü 2022-ci il iyunun 2-dən 5-dək qeyd olundu. O, Britaniya taxtına 1952-ci ildə atası Kral VI Georgenin ölümündən sonra 26 yaşında gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1952

Oxşar yazılar