Hindistan ukraynalılara yardım aparan təyyarəyə icazə vermədi  
21 aprel 2022 08:33 (UTC +04:00)

Hindistan ukraynalılara yardım aparan təyyarəyə icazə vermədi  

Hindistan hökuməti ukraynalı qaçqınlara humanitar yardım aparacaq Yaponiya hərbi təyyarələrinin ölkə aeroportlarından yük götürməsinə icazə verməyib.

Lent.az-ın Kyodo agentliyinə istinadla xəbərinə görə, rəsmi Tokio bunu koordinasiyanın yetərsiz olması ilə izah edib. 

BMT-nin müvafiq qurumları ilə əldə edilmiş razılığa görə, ukraynalılar üçün nəzərdə tutulmuş humanitar yükləri götürmək üçün Yaponiya təyyarələri Hindistan və BƏƏ-nin hava limanlarına enməli idi. Buradan yük götürən təyyarələrin istiqaməti Polşa və Rumıniya idi. İşçi görüşdə bu varianta razı olan Hindistan aprelin 20-də razılıqdan qəti şəkildə imtina edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar