Həkimlər kişinin mədəsindən plastik butulka  çıxartdılar
25 may 2023 14:26 (UTC +04:00)

Həkimlər kişinin mədəsindən plastik butulka çıxartdılar

Hindistanlı həkimlər bir kişinin mədəsindən plastik butulka çıxarıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, xəstə butulkanın mədəsinə necə düşdüyünü izah edə bilməyib.

Həkimlər 55 yaşlı hindistanlının mədəsindən 20 santimetrlik plastik əşyanı çıxarmaq üçün uzunmüddətli əməliyyat keçirərək həyatını xilas ediblər.

Kişi məsələyə açıqlıq gətirə bilməsə də, rentgendə butulka aydın şəklində görünüb. 

Hazırda zərərçəkmiş müşahidə altındadır. Buna görə də məsələ ilə bağlı ətraflı məlumat yoxdur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635
avatar

Sevinc Fərid

Oxşar yazılar