Həkimdən Saakaşvili ilə bağlı  BƏDBİN PROQNOZ:   Ölə bilər
26 aprel 2022 16:37 (UTC +04:00)

Həkimdən Saakaşvili ilə bağlı BƏDBİN PROQNOZ: Ölə bilər

Gürcüstan Ombudsmanı yanında yaradılmış həkimlər şurasının üzvü Otar Toidze keçmiş prezident Mixail Saakaşvilinin vəziyyətini əlilliyə yaxın adlandırıb.

“Biz demişik ki, proses getdikcə xəstəni hələlik əlilliyə, sonra isə ola bilsin ki, ölümə aparacaq. İndi biz o nöqtəyə yaxınlaşmışıq”.

Lent.az-ın Gürcürstan mediasına istinadla məlumatına görə, həkim deyib ki, vaxt azdır, siyasətçinin təcili olaraq xaricdə müalicəyə ehtiyacı var.

“Doğrudanmı ölmüş prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?”.

Qeyd edək ki, 2021-ci ilin payızında Saakaşvili səkkiz illik mühacirətdən sonra kütləvi etirazlarda iştirak etmək üçün Gürcüstana qayıdıb.

Əvvəllər vətənində bankirin qətli və deputatın döyülməsi işi üzrə qiyabi olaraq 6 il həbs cəzası alıb.

Hazırda o, sərhədi qanunsuz keçməkdə, dövlət vəsaitini mənimsəməkdə və 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda ittiham olunur. Saakaşvili həbsdə olarkən 50 gün aclıq aksiyası keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280
avatar

Oxşar yazılar