Hava limanı vulkana görə işini dayandırdı
23 may 2023 07:59 (UTC +04:00)

Hava limanı vulkana görə işini dayandırdı

Meksikanın Puebla Beynəlxalq Hava Limanı Popokatepetl vulkanının buraxdığı kül səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə ştatın Mülki Müdafiə İdarəsi tviter hesabında yazıb.

Lent.az xəbər verir ki, məlumatda Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına kül düşdüyünə görə növbəti xəbərdarlığa qədər fəaliyyətinin dayandırıldığı bildirilib.

Daha əvvəl yerli hakimiyyət orqanları Puebla ştatının 40 bələdiyyəsində, həmçinin Mexiko və Tlaskala ştatlarının bəzi ərazilərində məktəbləri onlayn tədrisə keçirmək qərarına gəliblər.

Meksika paytaxtının hava limanı Popokatepetl vulkanı səbəbindən həftəsonu 207 reysin gecikdiyini və ya ləğv edildiyini bildirib.

Popokatepetl Meksikanın ən böyük və aktiv vulkanlarından biridir. Mayın 21-də ölkənin mülki müdafiə idarəsi vulkanın aktivliyi ilə əlaqədar təhlükə səviyyəsini beşə (cəmi yeddi səviyyə) qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar