"Harri Potter"in aktyoru 2 həftə ancaq kartof yeyib - SƏBƏB
20 yanvar 2023 14:31 (UTC +04:00)

"Harri Potter"in aktyoru 2 həftə ancaq kartof yeyib - SƏBƏB

“Alatoranlıq”, “Harri Potter” və “Betmen” filmlərindəki rolları ilə tanınan aktyor Robert Pattinson arıqlamaq üçün iki həftə ərzində bir kartof yediyini etiraf edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki. 36 yaşlı Robert Pattinson “ES Magazine” jurnalının 2023-cü ildə ilk sayında yer alıb. Jurnalın üz qabığı aktyorun fotosu ilə dərc olunub. O, müsahibəsində seks simvolu adlandırıldığı üçün narahat olduğunu etiraf edib. Pattinsonun sözlərinə görə, ondan məşqlə bağlı sual veriləndə “utanır”:

“Kalori hesablamaq çox asılılıq yaradır və siz gec olana qədər bunun nə qədər məkrli olduğunu dərk etmirsiniz. Mən arıqlamaq üçün əzmkarlıqdan başqa ağlıma gələn hər şeyi sınamışam. Bir dəfə detoks üçün iki həftə kartofdan başqa heç nə yemədim. Yalnız qaynadılmış kartof və çəhrayı Himalay duzu”.

Aktyor əlavə edib ki, gündə təxminən 17 fincan qəhvə içir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar