“Sex Pistols” qrupunun solisti Con Laydon şahzadə Harri və xanımı Meqan Markla kobud müraciət ünvanlayıb.
Lent.az xəbər verir ki, “Bütün gün kral ailəsində sizə kobud davranıldığından danışırsınız. Həm şikayət edib, həm də pul qazanırsınız. Amma krallığın adını ləkələyirsiniz. İstəmirsiniz rədd olun gedin və susun! Az zırıldayın və zəhləmizi tökməyin”,- deyə o bildirib.