"Hamıya kömək edə bilmirik, biz də zirzəmidəyik" - Diaspor nümayəndəsi
02 mart 2022 17:55 (UTC +04:00)

"Hamıya kömək edə bilmirik, biz də zirzəmidəyik" - Diaspor nümayəndəsi

“Nə yalan danışım, heç də hamıya yardım göstərə bilmirik. Müharibədi və əlimiz nəyə çatır kömək göstərməyə çalışırıq”.

Bunu Lent.az-a Azərbaycanın Kiyevdəki diaspor nümayəndəsi Nasir Cəbiyev deyib. O bildirir ki, Kiyevdə ümumi vəziyyət gərgin olaraq qalır:

 “Biz diaspora tərəfindən bacardığımız köməyi edirik. Nə yalan danışım, hamıya da yardım göstərə bilmirik. Müharibə dövrüdü və əlimiz çatan qədər kömək göstərməyə çalışırıq. Bu gün 1100 nəfər həmyerlimiz qatarla Kiyevdən yola düşdü. Onlar Moldovaya gedəcək, orada da səfirlik onları qarşılayacaq”. 

Onun sözlərinə görə, Ukraynada yaşayan azərbaycanlıların hamısı qeydiyyatda deyil:

“Biz bütün məlumatları saytımızda vermişik.  Çox insan zəng edir, biz onları qeydə alırıq. Ukraynada 600 min azərbaycanlı var və onların hamısı da bura gələndə qeydiyyata düşməyiblər. Ona görə də onlar özləri bizə müraciət etməlidir. Qeydiyyatda olanları zəng edib, çağırırıq”. 

Nasir Cəbiyev qeyd edir ki, Kiyevdə vəziyyət Xarkovdan daha yaxşıdı:

“Bəli, şəhərin bəzi yerləri atəşə tutulur. Amma Kiyevdə Xarkovdakı kimi dəhşətli vəziyyət yoxdur. Biz özümüz də siqnal veriləndə zirzəmidə qalırıq. Hətta elə oldu ki, vağzalda olanda siqnal verildi, amma heç kim qaçmadı. Tək ümidimiz dua etmək oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar