ABŞ sakini təmir zamanı hamamın divarında qumbara tapıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, inşaatçı Vadim Xarkavi Sietldəki evlərdən birində vannanı sökərkən qəfildən divarda gizlədilmiş qumbara görüb. Adam qorxusundan binadan qaçaraq 5 dəqiqə gözləyib. Sonra geri qayıdıb telefonun kamerasından istifadə edərək tapdığı əşyanı yaxınlaşdırıb. Bunun onun təxəyyülü olmadığına və həqiqətən də qarşısında qumbara olduğuna əmin olduqdan sonra polisə müraciət edib.
Evə bir qrup istehkamçı gəlib. Onlar müəyyən ediblər ki, qumbaranın tərkibində partlayıcı yoxdur və təhlükəli deyil. Üstəlik, cihaz müasir deyil, onun tarixi İkinci Dünya Müharibəsinə aiddir. Xarkavinin sözlərinə görə, qumbara elə bir şəkildə gizlədilib ki, təmirə başlanmasaydı, təsadüfən tapmaq mümkün olmayacaqdı.
Polis də həmin adama bildirib ki, İkinci Dünya Müharibəsi veteranları müharibədən özləri ilə belə suvenirlər gətirirdilər. Çox güman ki, onlardan biri hamamda gizlədib, sonra isə unudub.