Generallara  cinayət işi açıldı
02 mart 2024 19:11 (UTC +04:00)

Generallara cinayət işi açıldı

Ukraynada Rusiyanın Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Sergey Pinçuk və Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya komandirinin müavini, general-mayor Oleq Pçelaya qarşı cinayət işi açılıb. Bu barədə məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Telegram-kanalında yer alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi rəhbərlərini 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər strateji hədəflərə və Ukraynanın enerji strukturuna raket hücumlarının təşkilatçılarından biri hesab edir.

Onlar Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə, həmçinin “aqressiv müharibəni planlaşdırmaqda, hazırlamaqda, işə salmaqda və aparmaqda”, həmçinin “müharibə qanunlarını pozmaqda” ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5670
avatar

Oxşar yazılar