Rusiyalı gənc dizayner Marina Lebedeva
28 avqust 2021 16:50 (UTC +04:00)

Rusiyalı gənc dizayner Marina Lebedeva

Gənc dizayner “burun əməliyyatı”ndan SAĞ ÇIXMADI  - FOTO

Möhtəşəm bir görünüşə sahib idi, evli idi, beş yaşında bir oğlu böyüyürdü. Hər şey qaydasında idi, lakin Marinanı narahat edən burnunun quruluşu idi… Və heç kimin ağlına gəlməzdi ki, müasir dövrdə sıradan bir əməliyyat hesab edilən plastik cərrahiyyədən sağ çıxmayacaq.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, söhbət 31 yaşlı Rusiyalı gənc dizayner Marina Lebedevadan gedir.

Marinanın sonuncu iş yeri paytaxt Moskvada olub. O, bundan əvvəl Ukraynadan Sankt -Peterburqa köçüb. 

Əməliyyatın uğurlu alınması üçün bir çox klinikaları nəzərdən keçirmişdi, son ünvan şimal paytaxtında bir tibb müəssisəsi oldu. Təyin olunmuş tarixdə Sankt-Peterburqa gəldi. Bir neçə gündən sonra gənc dizayner evə buraxılmalı idi. Ancaq rinoplastika zamanı temperaturu yüksəldi, ağırlaşmalar başladı. Həkimlər xəstəni xilas etməyə çalışsalar da, gənc qadın dünyasını dəyişdi.

Klinikanın direktoru Aleksandr Yefremov açıqlamasında bildirib ki, əməliyyat zamanı hər şey planlaşdırıldığı kimi yaxşı keçib: 

“Əməliyyat zamanı xəstədə kəskin temperatur yarandı. Bu nadir haldır - 200 mindən bir pasiyentdə belə olur. Bu genetik xüsusiyyətdir”. 

Lakin Marinanın anası həkimlərin dedikləri ilə razılaşmır, inad edir ki, qızını öldürüblər:

“Ukraynadan Sankt -Peterburqa gedirəm. Mən orada keç kimi, heç haranı tanımıram. Bircə onu bilirəm ki, qızım Sankt-Peterburqa klinikaya getdi və bir daha geri dönmədi. Beş yaşlı nəvəm yetim qaldı, 31 yaşlı qızım öldürüldü. Bildiyim şey budur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6645
avatar

Rəsul SARI

Oxşar yazılar