Fransada prezidentliyə namizədlərin topladığı səslər məlum oldu
11 aprel 2022 07:15 (UTC +04:00)

Fransada prezidentliyə namizədlərin topladığı səslər məlum oldu

Fransada prezident seçkilərində bütün namizədlərin topladıqları səslər məlum olub.  

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb. 
İlk üçlükdə Emmanuel Makron, Marin Le Pen və Jan-Lük Melanşon yer alıb.

Digər namizədlərə gəlincə, Erik Zemmur 7,05%, Valeri Perkres 4,79%,  Yanik Jado 4,58%, Jan Lasal 3,16%, Fabyen Rusel 2,31%, Nikola Düpon-Enyan 2,07% səs toplayıb.

Bundan başqa, siyahıda son yerdə qərar tutan Anna İdalqo, Filip Putu və Natali Arto müvafiq olaraq 1,74%, 0,77% və 0,57% seçicinin etimadını qazana biliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar