Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
Lent.az-ın xəbərinə görə, növbəti turda 2 namizəd – hazırki prezident Emmanuel Makron və ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen yarışacaq.
Fransada 5-ci Respublikanın (1958) tarixində ikinci, son 40 ildə isə birinci dəfə dövlət başçısı ikinci turda müəyyənləşir.
“Figaro”nun xəbərinə görə, rəy sorğuları növbəti turda Makronun 51-54%, Le Penin isə 46-49% səs toplayacağını deməyə əsas verir.