Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri məlumdur.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb.
Səslərin 100%-i sayıldıqdan sonra Makronun 27,6% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 21,95%-nin etimadını qazana bilib.
***
02.10
Fransada prezident seçkilərində hazırki prezident Emmanuel Makron əsas rəqibi sağçı namizəd Marin le Peni qabaqlayıb.
Lent.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyi səslərin 86%-ni sayıldıqdan sonra Makronun 27,40% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 24,94% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 20,51%-nin etimadını qazana bilib. Digər namizədlərin topladığı səs 0,6 ilə 6,9% arası dəyişir.
***
22.30
Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub.
Lent.az-ın Fransa televiziyasına istinadla xəbərinə görə, seçicilərin 28,1%-i hazırki prezident Emmanuel Makrona səs verib.
Onun əsas rəqibi Marin Le Pen 23,3% səs toplayıb.
Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.
Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 20,1%-i etimad göstərib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.