Fransada polis aksiyanı gözyaşardıcı qazla dağıtdı: ŞƏHƏR MERİNDƏN TƏŞƏKKÜR
26 sentyabr 2021 05:12 (UTC +04:00)

Fransada polis aksiyanı gözyaşardıcı qazla dağıtdı: ŞƏHƏR MERİNDƏN TƏŞƏKKÜR

Fransanın Nitsa şəhər meri Kristian Estrosinin evi qarşısında sanitar buraxılış qaydalarına qarşı etiraz aksiyasını dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

APA xəbər verir ki, bu barədə regional “Nice-Matin” qəzeti məlumat yayıb.

Polis gözyaşardıcı qazdan istifadə edərək nümayişçilərin merin yaşadığı evə yaxınlaşmasının qarşısını alıb.

Mer “Twitter” səhifəsində ailəsinin təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görən polisə təşəkkürünü bildirib.

Əhalinin narazılığının əsas səbəbi ölkədə tətbiq edilən sanitar buraxılış qaydalarıdır. 

Qeyd edək ki, fransalılar artıq avqustun 9-dan etibarən kafe, restoran, muzey, kinoteatr, böyük ticarət mərkəzlərini ziyarət edərkən, eləcə də şəhərlərarası dəmir yolu və hava səyahətləri zamanı sanitar pasport təqdim etməlidirlər. Prezident Emmanuel Makron bu qaydanın noyabrın 15-dən sonra da uzadılmasını istisna etməyib.

Qeyd edək ki, şənbə günü Fransada sanitar buraxılış qaydalarına qarşı keçirilən etiraz aksiyalarında 63,7 min insan iştirak edib.

Son məlumatlara görə, ölkədə epidemiya başlayandan bəri 6,9 milyondan çox koronavirus infeksiyasına yoluxma halı aşkar edilib, 116 mindən çox insan ölüb. Ölkə üzrə 50 milyondan çox insan azı bir doza koronavirusa qarşı peyvənd olunub.

# 678
avatar

Oxşar yazılar