Fransanın bir neçə şəhərində Emmanuel Makronun yenidən prezident seçkilməsinə qarşı etirazlar başlayıb.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, Ren şəhərindəki aksiyada 300-dək adam iştirak edib. Strasburq Nantdakı aksiyanın iştirakçılarının sayı 500 nəfəri keçib.
Əsasən antikapitalistlərin iştirak etdiyi aksiyalarda polislə qarşıdurma baş verib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.