Fəvvarədə dondurma yediyinə görə turist  450 avro cərimələndi
07 sentyabr 2022 01:02 (UTC +04:00)

Fəvvarədə dondurma yediyinə görə turist 450 avro cərimələndi

Romadakı fəvvarələrdən birinin pilləkənlərində dondurma yeməyə qərar verən amerikalı turist 450 avro cərimələnib.

Lent.az "The Guardian"a istinadən xəbər verir ki, əlində pivə də olan 55 yaşlı kişi pilləkənlərdə fəvvarələr lə bağlı qaydanı pozduğu üçün cəzalandırılıb. 

Bu, 1589-cu ildə memar Battista Ruskoninin layihəsi ilə tikilmiş Monti rayonundakı "Fontana de Catekumen"i yaxınlığında baş verib.

Fəvvarənin ətrafı qoruyucu lentlə əhatə olunsa da, sonradan götürüldüyü qeyd edilir. 

Bu səbəbdən də turist pilləkənlərdə oturmağın qadağan olunduğunu bilməyib. 

Amerikalı turist polisin ona müraciətinə də məhəl qoymadığı üçün cərimələnib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar