Eyni anda iki  QƏZA:   5 nəfər öldü
15 oktyabr 2022 22:20 (UTC +04:00)

Eyni anda iki QƏZA: 5 nəfər öldü

0

Dağıstanda yolun eyni hissəsində bir neçə dəqiqəlik fərqlə baş verən iki qəzada 5 nəfər ölüb. 

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, ölənlər arasında uşaq da var.

“Yolun eyni hissəsində bir neçə dəqiqəlik fərqlə iki qəza baş verib. Bir qəzada biri uşaq olmaqla üç nəfər, ikincidə iki nəfər ölüb”, - deyə məlumatda qeyd olunub.

Polis hər iki hadisənin başvermə səbəbini araşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2238

Oxşar yazılar