Ermənistanın Tavuş vilayətindəki mövqelərdən birində çağırışçı əsgərin meyiti tapılıb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Qeyd olunur ki, noyabrın 24-də saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət edən 20 yaşlı hərbi qulluqçu sıravi Suren Avetisyanın güllə yarası ilə meyiti aşkar edilib.
Onun hansı vəziyyətdə ölümcül güllə yarası aldığı hələ ki açıqlanmır.