Ən yaraşıqlı ərəb  kökəlib və keçəlləşib bu günə düşdü -FOTO
11 aprel 2023 15:53 (UTC +04:00)

Ən yaraşıqlı ərəb kökəlib və keçəlləşib bu günə düşdü -FOTO

Bir zamanlar hər kəsin “Dünyanın ən gözəl ərəbi” adandırdığı Ömər Borkan Əl Qala  dəyişərək tanınmaz hala düşüb. 33 yaşlı fotomodel başını keçəl qırxdırıb və kökəlib. 

Lent.az-ın məlumatına görə, evləndikdən sonra  “Ən yaraşıqlı kişi” statusunu itirən ərəbin gözəl təbəssümü və cəzbedici baxışları isə dəyişməz olaraq qalıb. Onun sosial şəbəkədə yayımlanmış son görüntülərinə baxınca anlayırsan ki, zaman hamıya qarşı  amansızdır.

Ömər Borkan bütün dünyada  haqqında yayımlanmış bir xəbərlə məşhurlaşdı. 2013-cü ildə yayılmış xəbərə görə, o ən yaraşıqlı kişi olaraq ölkəsindən qovulub. Əxlaq polisləri Ömərin gözəlliyinin qadınları başdan çıxardığını və ölkədəki sabitliyi pozduğunu əsas gətirərək, onu deportasiya etmişdilər. Bu məlumatı Ömər Borkan özü yayaraq, reklama səbəb olmuşdu. Yalanmı, gerçəkmi? Bunu kimsə dəqiq bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar