Əfqanıstanın 6,4 maqnitudalı zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 272 min əhalisi olan Herat şəhərindən 34 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələ yerin 10 kilometr dərinliyində olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.