Dünyanın ən uzun ilanının yeni növü TAPILDI
20 fevral 2024 23:53 (UTC +04:00)

Dünyanın ən uzun ilanının yeni növü TAPILDI

Alimlər yeni və genetik cəhətdən fərqli anakonda növünü aşkarlayıb.

Lent.az xəbər verir ki, yeni araşdırma bu qorxunc və sirli canlının əslində genetik cəhətdən fərqli iki növ olduğunu ortaya çıxarıb.

Yaşıl anakonda dünyanın ən ağır və ən uzun ilanıdır. Onun Boa növünə adətən Cənubi Amerikada rast gəlinir. Alimlər 20 il ərzində doqquz ölkədən götürdükləri nümunələri tədqiq edərək yaşıl anakondanın, eyni görünən, lakin iki fərqli növünün olduğunu müəyyən ediblər. Onlardan biri Peru, Boliviya, Fransız Qvianası və Braziliyada yaşayan “Eunectes murinus”, yeni kəşf edilən ikinci növ isə Ekvador, Kolumbiya, Venesuela, Trinidad, Qayana və Surinamda yaşayan “Eunectes akayima” anakondasıdır.

Yaşıl anakondalar qorxunc görünüşə və nəhəng ölçülərə malik olmasına baxmayaraq, insanlar üçün təhlükəli hesab edilmir. Yerli ekosistem üçün çox vacib sayılan bu ilanlar iqlim dəyişikliyinə çox həssas olduqları üçün onların daha çox qorunmağa ehtiyacları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24513
avatar

Oxşar yazılar