“NordChem” kosmetik firması Midjourney proqramından istifadə edərək dünyanın ən gözəl qadın və kişisinin necə görünə biləcəyini təyin etməyə çalışıb.
Lent.az-ın məlumatına görə, süni inttellekt sosial şəbəkələrdə ən çox bəyənilən real qadın və kişi fotoları əsasında ideal kişi və qadın obrazlarını təsvir edib.
Dünyanın hər yerində milliyyətindən asılı olmayaraq gözəl qadınlar tünd rəngli, uzun buruq saçlı, iri, qonur gözlü, qarabəniz, yanaqları çilli, iri dodaqlı, aydın baxışlı qadınlar hesab olunublar.
Açıq dəri tonuna malik, sərt baxışlı, üz cizgiləri sərt və aydın görünən kişilər isə ən yaraşıqlı kişilər hesab olunurlar.