Şri-Lankada 3 ay əvvəl tapılmış sapfir ictimaiyyətə göstərilib.
Lent.az-ın xəbərinə görə, Horana şəhərindəki mədəndən çıxarılmış qiymətli daşın kütləsi 310 kiloqramdır (1.5 milyon karat).
Ekpertlər daşın real qiymətini təyin etmək üçün onu yaxın vaxtlarda analiz edəcəklər. Lakin mədən sahibi onu bütöv qalması üçün zərgərlik müəssisələrinə deyil, geologiya muzeyinə satmaq istəyir.