Dünyada ən qısa ÖLKƏ SƏRHƏDİ  – Kiçik qum sahəsi
29 noyabr 2023 17:53 (UTC +04:00)

Dünyada ən qısa ÖLKƏ SƏRHƏDİ – Kiçik qum sahəsi

Ölkələr arasında sərhədlər çox vaxt bir-birindən minlərlə kilometr məsafədədir. 

Lent.az-ın məlumatına görə, İspaniya ilə Mərakeşi ayıran Penon de Velez sərhədinin uzunluğu isə 80 metr belə deyil.

Bir kadrda həm İspaniyanı, həm də Mərakeşi görmək mümkündür. Mərakeş və İspaniyanın sərhədlərini ayıran yeganə amil kiçik qum dənələridir. Penon de Velez əvvəllər ada idi və o dörd tərəfdən su ilə əhatə olunub. Ada 17-ci əsrdən bəri ciddi ispan nəzarəti altındadır.

Tam adı Penon de Velez la Gomera olan bu bölgə artıq ada deyil. 1930-cu ildə bölgəni formalaşdıran fırtınalar, yağışlar və zəlzələlər kimi faktorlar iki ölkə arasında tamamilə yeni bir sərhədin yaranmasına səbəb olub. Adanı materikdən ayıran qum parçaları Mərakeşlə birləşir. Yarımadanın daxilində kiçik İspan hərbi birliyi var.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Sevinc Fərid

Oxşar yazılar