Dilan və Engindən sonra onların da əmlakları müsadirə edildi
02 dekabr 2023 03:55 (UTC +04:00)

Dilan və Engindən sonra onların da əmlakları müsadirə edildi

Sosial şəbəkələrdəki paylaşımları ilə gündəmə gələn və gözəllik mərkəzi sahibi olan Təyyar-Özlem Öz cütlüyünü bütün əmlakı müsadirə edilib.

Lent.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
 
Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Təyyar Taylan Öz və həyat yoldaşı Özlem Özün bütün daşınan varlıqlarına həbs qoyulub.
 
Qeyd olunur ki, noyabrın 24-də Anadolu Baş Prokurorluğu tərəfindən Təyyar Taylan Öz və Özlem Öz haqqında istintaq başladılıb.
 
Öz cütlüyünə qarşı "cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq", "cinayət törətmək məqsədi ilə yaradılmış təşkilata üzv olmaq", "rəsmi sənədləri saxtalaşdırmaq" və "qanunsuz əmlak dəyərlərinin mənbəyini gizlətmək" ittihamı ilə başladılan istintaq davam edir.
 
Bundan əlavə, Öz cütlüyünün və Özlem Özün anasının xaricə çıxışı qadağan edilib.
 
Həmçinin həbsdə olan Dilan Polatın 2019-cu ildə "Çempionlar Liqası" başlığı ilə paylaşdığı fotoda yer alan 12 sosial media fenomeni də Polat davasına daxil edilib və onların mal varlıqlarına həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5856
avatar

Oxşar yazılar