Dənizin içində divar aşkar edildi
18 fevral 2024 23:20 (UTC +04:00)

Dənizin içində divar aşkar edildi

Baltik dənizinin dibində daş silsilənin qalıqları aşkar edilib. Memarlıq möcüzəsi Avropanın ən böyük Daş dövrü tikilisi ola bilər.

Lent.az “Arkeonews”a istinadən xəbər verir ki, alman tədqiqat qrupu Baltik dənizinin dibində 21 metr dərinlikdə daş konstruksiya aşkarlayıb. Alimlər ərazini araşdırmaq üçün gəmilər və sualtı dronlardan istifadə ediblər. Onlar bu quruluşun təxminən 11 min il əvvəl qədim insanların ov üçün istifadə etdikləri divarın qalıqları olduğunu ehtimal edirlər.

Daşların çoxluğu (1670), eləcə də onların yerləşdirilmə üsulu divarın insanlar tərəfindən yaradıldığını göstərir. Hər daşın hündürlüyü bir metrdən az, eni isə iki metrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 44397
avatar

Oxşar yazılar